20 noyabr 2014 00:05

Topaz Premyer Liqasında 12-ci tur həyəcanı

Topaz Premyer Liqasında yaranan fasilə bu gün başa çatacaq. Azerisport.az xəbər verir ki, eyni gündə keçiriləcək 12-ci turda 4 oyun baş tutacaq. 

Turun açılış oyununda autsayder “Bakı” son çempion “Qarabağ”ı qəbul edəcək. "Araz Naxçıvan"ın çempionatdan kənarlaşdırılması tam rəsmiləşəndən sonra bu iki komanda fərqli aqibətlərlə üzləşdi. Ağdam klubu zirvəni tərk edib ikinci yerə düşdüsə, "zolaqlılar" sonunculuğu qəbul etdi. İndi "zolaqlılar" turnir cədvəlinin "zirzəmi"sindən çıxmaq, Ağdam klubu isə zirvəyə yüksəlmək üçün çalışacaq. Son ölkə çempionu 48-ci dəfə qarşılaşacağı rəqiblə maçlarda üstün durumdadı. Bu komanda 17 qələbə qazanıb. "Bakı" 15 dəfə qalib gəldiyi halda, eyni sayda da heç-heçə qeydə alınıb. Lakin ağdamlılar son iki görüşdə 1 xalla kifayətlənib. Üstəlik, paytaxtın eyniadlı təmsilçisi öz meydanında 2 görüşdür uduzmur. Topların fərqində də Ağdam təmsilçisi üstündü - 60:50. İlk dövrədə bu komandalarının duelinin 2:2 hesabıyla başa çatdığını da qeyd edək.

Ardından AZAL Şüvəlanda “Qəbələ”ni qəbul edəcək. "Araz Naxçıvan"ın çempionatdan imtina etməsindən ən böyük əziyyət çəkən, altı xalı silinən Dorinel Muntyanunun komandası səfərdə oynamasına baxmayaraq, mütləq qələbə qazanmağa borcludu. Bu, həm də sözügedən komandanın ilk dövrədə Qəbələdəki 1:2 hesablı yenilgisinin qisasını almaq baxımından önəm daşıyır. Amma Tərlan Əhmədovun komandası doğma meydanda məğlub olmağa hazırlaşmır. Həm də nəzərə almaq lazımdı ki, yubiley - 20-ci qarşılaşma ərəfəsində AZAL üstünlüyə malikdi. Bu komanda əvvəlki duellərin 8-də qələbə qazanıb. 6 oyunda heç-heçə qeydə alındığı halda, 5 dəfə də bölgə təmsilçisi 3 xala sevinən tərəf olub. Lakin bakılılar son iki ev qarşılaşmasında məğlub olub. Paytaxt təmsilçisi öz meydanındakı son 5 qarşılaşmada meydanı qolsuz tərk etməyib. Top fərqində də "təyyarəçilər" üstündülər - 28:16.

Məlum "Araz Naxçıvan" əhvalatından sonra liderlik kürsüsünə oturan “Neftçi” səfərdə “Simurq”un qonağı olacaq. Maraqlıdı ki, “Neftçi” indiyədək Zaqatalada məğlub olmayıb. Ümumilikdə cəmi 1 qələbəsi olan “Simurq” son 4 ev matçında qola da həsrət qalıb. Bu komandaların duellərində 6 heç-heçə olduğu halda, 14 görüşdə də bakılılar üstün olublar. Top fərqində də "ağ-qaralar"ın böyük üstünlüyü var - 31:8. İlk dövrədəki oyunda "Neftçi" Bakıda 2:1 hesablı qələbəni bayram etmişdi. Bu üzdən "Simurq" həm yeni mövsümdəki məğlubiyyəti, həm tarixi ərzində bu rəqibi ilə duellərdəki uğursuzluğu unutdurmağa çalışacaq, həm də turnir cədvəlindəki vəziyyətini yaxşılaşdırmağa cəhd göstərəcək.

Nəhayət, turun qapanış matçında “İnter” “Xəzər Lənkəran”la üz-üzə gələcək. Cənublularla oyunlarda üstünlüyə malik olan paytaxt təmsilçisi yubiley - 10-cu qələbənin astanasındadır. 30-cu duel öncəsi meydan sahibləri son 4 ev matçında qol da buraxmayıb. 15 qarşılaşmada tərəflər sülhə imza atdığı halda, 5 görüşdə də "ağ-yaşıllar" qələbəni bayram ediblər. Top fərqi də paytaxt təmsilçisinin xeyrinədi - 30:25. İlk dövrədəki oyunda isə "Xəzər Lənkəran" "İnter"ə 1:0 hesabıyla qalib gəlmişdi. 

Topaz Premyer Liqası
12-ci tur

20 noyabr

14:00. Bakı - Qarabağ
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Munis Abdullayev, Teymur Fərhadov.
AFFA nümayəndəsi: Eldar Qasımov.
Hakim-inspektor: Şahin Cəfərov.
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu.

16:00. AZAL - Qəbələ
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Coşqun Həsənov, Fərid Məmmədov.
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Telman Əzizov.
Hakim-inspektor: Murad Məmmədov.
Bakı. “AZAL Arena”.

17:00. Simurq - Neftçi
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Mübariz Haşımov, Sərxan İsmayılov.
Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Ramil Diniyev.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Zaqatala şəhər Olimpiya kompleksinin stadionu.

18:00. İnter - Xəzər Lənkəran
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Nahid Əliyev, Mahir Məmmədov.
Əlavə köməkçi hakimlər: Ramil Əhmədov, Vüsal Əliyev.
AFFA nümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor: Məlik Həsənov.
Bakı. “İnter Arena”.
 

1Neftçi962113-520
2Qarabağ953114-818
3İnter1036117-315
4Xəzər Lənkəran1042413-1114
5Qəbələ933310-1212
6Simurq1032512-1211
7Sumqayıt1031611-1610
8AZAL92347-159
9Bakı102267-228
10Araz Naxçıvan00000-00

Bombardirlər:
5
- Nurlan Novruzov (Bakı), Mikel Alvaro (İnter), Məhəmməd Qurbanov (Sumqayıt).
3 - Rəşad Eyyubov (Simurq), Cavid Hüseynov (Qəbələ).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.