19 noyabr 2014 17:45

Buranello: Araz Dinaya qalib gələcək

Futzal üzrə Azərbaycan çempionu "Araz"ın qapıçısı Covanni Buranellonun azerisport.az saytına müsahibəsi

- UEFA Kubokunun elit mərhələsindəki start matçınızda Slovakiya "Slom-Matik"inə məğlubiyyətiniz gözlənilməz oldu...
- Təəssüf ki, belə alındı. Bizim o qədər qol epizodumuz oldu, amma bunu hesabda əks etdirə bilmədik. Bəlkə də 10 real qol şansımız oldu. Amma vura bilmədik.

- Hesabı rəqib açsa da, 2:1 hesabıyla önə keçmişdiz. Üstünlüyünüzü qorumaq çox çətin idi?
- Yenə qol vurmaq, daha yaxşı hesabla qalib gəlmək istəyirdik. Amma bizim çoxsaylı qol epizodunu boşa verməyimiz "Slov-Matik"i daha da ruhlandırdı və qələbə qazandılar. Bu, doğrudan da çox üzücüdü.

- Oyundan sonra baş məşqçi Tino Peres, futzal federasiyasının prezidenti Zaur Axundov komanda üzvlərinə nə dedi?
- Onlar öz işlərini gördülər. Onlara hörmət edirik. Oyunçular da əllərindən gələni etdilər ki, müsbət nəticə qazanaq. Gözəl oynasaq da, bu qədər qol epizodunu boşa verməyimiz məğlubiyyətlə nəticələndi.

- Bu gün sizi Rusiya "Dina"sı ilə oyun gözləyir...
- Müsbət nəticə qazanmaq istəyirik. Çalışacağıq ki, slovaklarla oyunda buraxdığımız səhvləri təkrarlamayaq. Ümid edirəm ki, ələ düşən şanslarımızdan maksimum yararlana biləcəyik. "Dina"ya qalib gələcəyimizə inanıram.

- Amma məğlubiyyət sizin Dördlər Finalına yolunuzu bağlayacaq...
- Biz də bunu gözəl başa düşürük. Amma biz öz şansımızdan yararlanmaq istəyirik. Əziyyətimizin bəhrəsini görəcəyik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.