19 noyabr 2014 17:30
Çixradze: Neftçi ilə heç-heçə bizim üçün pis nəticə olmayacaq
"Simurq"un baş məşqçisi Georgi Çixradze Topaz Premyer Liqasının 12-ci turu çərçivəsində qarşılaşacaqları "Neftçi" ilə oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Milli komandaların oyunlarına görə yaranan fasilə uzun sürdü. Biz bu fasilədən effektli şəkildə faydalanmağa çalışdıq. "İnter"lə yoxlama oyunu keçirdik. Təəssüf ki, həmin oyunda itkisiz ötüşə bilmədik. "Neftçi" ilə oyunda Rəşad Eyyubov, Murad Səttarlı və Adam Banaş iştirak edə bilməyəcək. Bu mövsüm bir sıra sürprizlər qeydə alınıb. Bu oyunun da necə nəticələnəcəyini demək çətindi. "Neftçi" üzərində qələbə bizim üçün yaxşı nəticə olardı. Amma heç-heçə də pis sayılmayacaq".
