19 noyabr 2014 15:00
Maksim Demençuk: Lazımı sənədlər olmadığına görə Azərbaycan millisində oynamağım alınmadı
Ukraynalı müdafiəçi Maksim Demençuk Azərbaycanın gənclərdən ibarət yığmasının son təlim-məşq toplanışına dəvət olunsa da, sonradan vətəninə yola salındı. Azerisport.az saytına açıqlamasında o, millimizdə qala bilməməsinin səbəblərini açıqlayıb:
"İndi evdəyəm. Azərbaycan yığmasında qalmaq istərdim. Amma lazımi sənədlər olmadı. Ona görə də heç nə alınmadı. Üstəlik, zədə də aldım. Bu üzdən qalmağın bir əhəmiyyəti yox idi. Sizə daha ətraflı məlumat lazımdısa, AFFA-ya müraciət edin. Hazırda "Bukovina"da çıxış edirəm. Zədəmi sağaltdıqdan sonra məşqlərə başlayacağam".
Demençuk "Neftçi"nin onunla maraqlanmasına da münasibət bildirib: "Düzünü desəm, mənim bu barədə xüsusi məlumatım yoxdu. Çünki "Neftçi"dən mənə belə bir zəng gəlməyib".
