19 noyabr 2014 13:00
Azərbaycan Gürcüstan, Çexiya və Belçika ilə eyni qrupda
Final mərhələsi 2016-cı ilin may ayında Belarusda təşkil olunacaq 17 yaşadək qadınlardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin püşkü atılıb. Azerisport.az xəbər verir ki, UEFA-nın Nyondakı mənzil qərargahında təşkil olunan püşkatmada yığmamızın rəqibləri məlum olub.
Komandamız 6-cı qrupda Belçika, Çexiya, Gürcüstan ilə mübarizə aparacaq.
Qeyd edək ki, seçmə mərhələnin oyunları 2015-ci ilin avqustun 1-dən oktyabrın 31-dək müddətdə keçiriləcək.
