19 noyabr 2014 11:50
Elçin Məmmədov BATE - Portu oyununda
AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov UEFA-dan yeni təyinat alıb. Azerisport.az xəbər verir ki, o, Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində noyabrın 25-də, Borisov şəhərindəki "Borisov Arena"da keçiriləcək BATE (Belarus) - "Portu" (Portuqaliya) oyununa tədbirin direktoru (UEFA Venue Director) təyin olunub. (AFFA)
