19 noyabr 2014 11:20
UEFA Bakıda klublarımız üçün seminar keçirdi
Noyabrın 18-də lisenziyalaşdırma prosesi çərçivəsində AFFA-nın təşkilatçılığı ilə azarkeşlərlə əlaqələndirici şəxslər üçün seminar keçirilib. Azerisport.az xəbər verir ki, “Bakcell Arena”da keçirilən seminarda UEFA nümayəndəsi Stuart Dykesın tərəfindən nəzəri məlumatlar və praktiki məşğələlər təqdim olunub.
Seminarda AFFA və PFL nümayəndələri, klubların azarkeşlərlə əlaqələndirici şəxsləri, təhlükəsizlik xidməti rəisləri və Fan Klub nümayəndələri iştirak edib. Tədbirin sonunda iştirakçılarla birlikdə xatirə şəkli çəkilib. (AFFA)
















