19 noyabr 2014 00:55
Əliyar Ağayev Ukrayna və Litva yığmalarının duelində 4 sarı vərəqə göstərdi
Futbol üzrə Ukrayna və Litva yığmaları arasında yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, bu qarşılaşmanı azərbaycanlı hakimlər idarə ediblər.
Baş hakim funksiyasını FİFA referimiz Əliyar Ağayevin həyata keçirdiyi qarşılaşmada qapılara qol vurulmayıb. Azərbaycanlı hakim hər komandadan iki futbolçuya sarı vərəqə göstərib.
