18 noyabr 2014 18:00
Azad Rəhimov: Millinin baş məşqçi postuna namizəd çoxdur
Gənclər və idman naziri Azad Rəhimov futbol üzrə milli komandamızın Berti Foqtsun gedişindən sonra boş qalan baş məşqçi məsələsi haqda danışıb. Azerisport.az xəbər verir ki, hazırda Bakı-2015-in təqdimat mərasimi ilə bağlı İstanbulda olan Rəhimov millimizi türk məşqçinin çalışdıracağını da istisna etməyib:
“Azərbaycan milli komandasının baş məşqçisi məsələsi hələ açıq qalır. Hazırda bir neçə məşqçi ilə danışıqlar gedir. Razılıq əldə edəcəyimiz məşqçi təkcə əsas deyil, aşağı yaş qrupları üzrə milli komandalarla da maraqlanmalıdır. Ad çəkə bilmərəm. Amma namizədlər arasında alman, türk, ingilis və xorvat mütəxəssislər var”.
