18 noyabr 2014 17:50
Sumqayıt iki tərəfli oyun keçirib
Məlum səbəblərə görə bu həftə istirahət edəcək "Sumqayıt" Futbol Klubu hazırlığını davam etdirir. Azerisport.az xəbər verir ki, Aqil Məmmədovun komandası "Kapital Bank Arena"da əvəzedici komanda ilə birlikdə qarışıq heyətlə iki tərəfli oyun keçirib.
Şərti olaraq "qırmızı" və "sarı"ların qarşıdurmasında birincilər 4:2 hesabı ilə qələbə qazanıb. Zədə səbəbindən Aleksandr Çertoqanov və Slavik Alxasov hazırlıq prosesinə qatılmayıb.
"Sumqayıt"ın növbəti məşqi sabah saat 10:30-da olacaq. (klub saytı)
