18 noyabr 2014 17:40
Budaq Nəsirov Sumqayıt ilə müqavilə imzalayıb
"Sumqayıt" Futbol Klubu növbəti transferini reallaşdırıb. Azerisport.az xəbər verir ki, son olaraq, "Araz Naxçıvan"da çıxış etmiş, 19 yaşadək futbolçulardan ibarət milli komandamızın da formasını geyinən Budaq Nəsirov bu klubla 1,5 illik müqavilə imzalayıb.
1996-cı il təvəllüdlü futbolçu "Sumqayıt"da 96 nömrəli futbol formasını geyinəcək.
