18 noyabr 2014 17:30
Yığmamız FİFA reytinqində 135-ci pilləyə düşəcək
Futbol üzrə Azərbaycan yığması FİFA-nın yeni açıqlanacaq reytinq cədvəlində yenə geriləyəcək. Azerisport.az xəbər verir ki, millimiz AÇ-2016-nın seçmə mərhələsi çərçivəsindəki son oyununda Norveçə uduzmaqla özünü daha da geri salmış oldu.
Belə ki, noyabrın 27-də açıqlanacaq növbəti reytinq cədvəlində Azərbaycan yığması 135-ci pilləyədək geriləməli olacaq. Komandamızın hesabında 216 xal olacaq.
