18 noyabr 2014 17:00
Erdinç Qarabağa qarşı oynaya bilməyəcək
Türkiyəli hücumçu Mevlut Erdinç Fransanın "Sent-Etyen" klubuna yaxın bir ay ərzində kömək edə bilməyəcək. Azerisport.az xəbər verir ki, qardaş ölkə yığmasının heyətində Braziliyaya qarşı yoxlama oyununda sıradan çıxan futbolçunun ən tezi bir aya sıraya dönməsi gözlənilir.
Bu isə onun şərəfini qoruduğu "Sent-Etyen"ə qarşıdakı oyunlarında kömək edə bilməyəcəyindən xəbər verir.
Qeyd edək ki, "Sent-Etyen" Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu "Qarabağ"ın rəqibidi. Erdinç çempionat oyunlarında olduğu kimi, Ağdam klubu ilə Avroliqa görüşünü də buraxmalı olacaq.
