18 noyabr 2014 16:50
Şəmkirlə Kəpəz cəzalandı
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, iclasda aparılan müzakirələrdən sonra 1-ci divizionun aşağıdakı oyunlarında qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib:
11-ci turun “Neftçala” – “Kəpəz” matçında “Kəpəz”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
“Lokomotiv” – “Şəmkir” matçının 90+2-ci dəqiqəsində “Şəmkir”in futbolçusu Vüqar İbrahimov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.
