18 noyabr 2014 16:40

AFFA 7 kluba texniki məğlubiyyət verdi

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, iclasda aşağı yaşı qruplarından ibarət komandalar arasında təşkil olunan ölkə çempionatında qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib:

5 noyabr 2014-cü il tarixdə U-19 Liqasının “Rəvan” – “Qarabağ” matçının 74-cü dəqiqəsində “Qarabağ”ın futbolçusu Nəriman Novruzlu idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Oyunun 80-ci dəqiqəsində “Qarabağ”ın futbolçusu Əlibəy Məmmədli hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.

5 noyabr 2014-cü il tarixdə U-19 Liqasının “Xəzər Lənkəran” – “İnter” matçının 84-cü dəqiqəsində “Xəzər Lənkəran”ın futbolçusu Əli Əliyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb. Oyunun 88-ci dəqiqəsində “Xəzər Lənkəran”ın məşqiçisi Hafiz Əliyev hakimlər briqadasını təhqir etməsinə görə meydandan kənarlaşdırıldığı üçün 5 oyun cəzalanıb.

7 noyabr 2014-cü il tarixdə U-19 Liqasının “Qarabağ” – “Qəbələ” matçının 45-ci dəqiqəsində “Qəbələ”nin futbolçusu Coşqun Süleymanov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.

10 noyabr 2014-cü il tarixdə U-17 Liqasının “Sumqayıt” – AZAL matçının 57-ci dəqiqəsində AZAL-ın futbolçusu Rauf Rzayev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb. Oyunun 79-cu dəqiqəsində “Sumqayıt”ın futbolçusu Orxan Quliyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb. Oyun bitdikdən sonra AZAL-ın futbolçusu Elçin Əliyev hakimlər briqadasını təhqir etdiyinə görə 4 oyun cəzalanıb.

10 noyabr 2014-cü il tarixdə U-17 Liqasının “Xəzər Lənkəran” – “İnter” matçının 87-ci dəqiqəsində “İnter”in futbolçusu Emin Quliyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.

13 noyabr 2014-cü il tarixdə U-16 Liqasının “Neftçi İK İB” – “MTK Araz” matçının 57-ci dəqiqəsində “MKT Araz”ın futbolçusu Nəriman Nərimanov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.

8 noyabr 2014-cü il tarixdə U-14 Liqasının UGİM (Goranboy) – UGİM (Tər-tər) matçında UGİM (Tər-tər) klubu iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

9 noyabr 2014-cü il tarixdə U-14 Liqasının “Sərhədçi” – “Sumqayıt” matçında “Sərhədçi” klubu iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

9 noyabr 2014-cü il tarixdə U-14 Liqasının “Abşeron” (Xırdalan) – “Təhsil” (Sumqayıt) matçında “Abşeron” klubunun heyətində yetərsay olmamasına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

9 noyabr 2014-cü il tarixdə U-13 Liqasının “Turan-TİK” (Tovuz) – Gİİ (Qazax) matçında Gİİ klubunun heyətində yetər say olmamasına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

13 noyabr 2014-cü il tarixdə U-13 Liqasının "RİOEUGİM" – “Bakı” matçında "RİOEUGİM" klubu iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

8 noyabr 2014-cü il tarixdə U-12 Liqasının UGİM (Neftçala) – Neftçi İK İB matçında Neftçi İK İB klubunun heyətində yetər say olmamasına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

15 noyabr 2014-cü il tarixdə U-12 Liqasının “Xaçmaz” (Xaçmaz) – “Ləcət Şahdağ” (Qusar) matçında “Ləcət Şahdağ” klubu iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

14 noyabr 2014-cü il tarixdə U-10 Liqasının “Zirvə” (Lənkəran) – “Xəzər Lənkəran” (Lənkəran) matçında “Zirvə” klubunun məşqçisi Emin Əliyev azərkeşi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb.

14 noyabr 2014-cü il tarixdə futzal üzrə Azərbaycan birinciliyinin “Çevik” – “Qədimqala” matçının 14-cü dəqiqəsində “Çevik” klubunun futbolçusu Emin Rzayev, Vüqar Sadıxov, Vüqar Mehdiyev “Qədimqala” klubunun futbolçusu Fərid Quliyev, Səbuhi Məmmədov dava-dalaşda iştirak etdiylərinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün hər bir futbolçu 5 oyun cəzalanıb.

16 noyabr 2014-cü il tarixdə Futzal üzrə Azərbaycan birinciliyinin “Kərki” – “Şahdağ” matçı başa çatdıqdan sonra “Kərki” klubunun futbolçusu Anar Ağayev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.

14 noyabr 2014-cü il tarixdə Azərbaycan həvəskarlar birinciliyinin “Zirvə” – “Azərconnect” matçının 42-ci dəqiqəsində “Azərconnekt” klubunun futbolçusu Maksud Abdullayev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.

14 noyabr 2014-cü il Azərbaycan həvəskarlar birinciliyinin “Uğur” – “Bakufire” matçının 38-ci dəqiqəsində “Uğur”un futbolçusu İlqar Talıbov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.