18 noyabr 2014 16:25
Pyetro Qodin: Azərbaycan kağız üzərində bizə uduzur
Futbol üzrə Malta yığmasının baş məşqçisi Pyetro Qodin komandasının AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində H qrupunun sonuncusu olmamaq uğrunda mübarizə aparacağını bəyan edib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Hazırda bizim əsas rəqibimiz Azərbaycandı. Mart ayında onların qonağı olacağıq. Kağız üzərində bizə uduzurlar. Amma FİFA-nın reytinq cədvəlində bizdən yuxarıdadılar".
