18 noyabr 2014 15:40
Safet Suşiç: Azərbaycandan təklif var, amma düşünməyim lazımdı
Futbol üzrə Bosniya və Herseqovina yığmasının sabiq baş məşqçisi Safet Suşiç Azərbaycandan təklif aldığını açıqlayıb. Azerisport.az xəbər verir ki, o, yerli mətbuata açıqlamasında bunları söyləyib:
"Mənə bir sıra təkliflər var. Onların arasında Türkiyə "Qalatasaray"ından, Azərbaycan yığmasından aldığım təkliflər də var. Amma mənə verəcəyim qərar üçün oturub düşünmək lazımdı. Gələcək karyeramı müəyyənləşdirmək üçün çox vaxt itirmək istəmirəm".
