18 noyabr 2014 15:00
Tuayev: Rəşadın millimizdə 100 oyun həddinə çatan ilk futbolçu olacağına əminəm
AFFA İcariyyə Komitəsinin üzvü Kazbek Tuayev "Qarabağ"ın kapitanı Rəşad Sadıqovun Azərbaycan yığmasının heyətində 100-cü oyununu keçirməsinin ölkə futbolu üçün böyük uğur olacağını deyib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Belə bir uğura nail olmaq hər bir futbolçu üçün uğurdu. O, yığmada oynamaq üçün çox güc sərf edib. Onu dəstəkləmək lazımdı. Rəşad futbolumuz üçün çox iş görüb. Millidə 100-cü oyunu keçirən futbolçu məhz Sadıqov olmalıdı və mən buna inanıram. Bu, həm Azərbaycan futbolu, həm də AFFA üçün şərəfli bir hadisə olacaq".
Qeyd edək ki, Sadıqov hazırda Azərbaycan yığmasında 94 oyun keçirib.
