18 noyabr 2014 14:15
Ukrayna yığmasının sabiq üzvü Azərbaycana gəlməkdən imtina etdi
Futbol üzrə Ukrayna yığmasının sabiq müdafiəçisi Boqdan Şerşun bəyan edib ki, ona Azərbaycandan təklif gəlib. Azerisport.az xəbər verir ki, o, yerli mətbuata açıqlamasında bunları söyləyib:
"Hazırda daha çox ailəmə diqqət ayırmağa çalışıram. Amma futbolu da yaddan çıxarmıram. İstənilən halda formada qalmağım lazımdı. Xaricdən təklif gəlsə, getməyəcəm. Bu yaxınlarda menecerim Azərbaycan və Qazaxıstandan təkliflər olduğunu bildirdi. Amma mən ora getməkdə məna görmürəm. Daha bir dayana bilərəm, bəs sonra? Məşqçiliyə daha tez başlamaq ən düzgün seçim olar. Futbolda qalmağı çox istəyirəm".
