18 noyabr 2014 13:15
Tardellinin meneceri: Marko böyük ehtimalla Yunanıstan millisini çalışdıracaq
İtaliyalı futbol mütəxəssisi, Azərbaycan millisini çalışdıracağına dair xəbərlər dolaşan Marko Tardellinin meneceri - Vittorio Tosto müştərisinin Yunanıstan yığması ilə anlaşmaq üzrə olduğunu bəyan edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bizə Yunanıstandan təklif var. Ötən gün bu ölkənin futbol federasiyasının nümayəndələri ilə danışdım. Qarşıdakı günlərdə konkret şərtləri müzakirə edəcəyik. Tardellinin özü də Yunanıstanda çalışmaqda maraqlıdı. Azərbaycandan da onunla maraqlanırdılar. Amma bizim üçün hazırda Yunanıstan variantı daha öndədi".
