18 noyabr 2014 12:45
Yılmaz Vural: Azərbaycan millisinin baş məçqçi postuna namizədlərdən biriyəm
Türkiyəli məşqçi Yılmaz Vural Azərbaycan yığmasının baş məşqçi postuna əsas namizədlərdən biri olduğunu açıqlayıb. Azerisport.az xəbər verir ki, o, yerli mətbuata açıqlamasında bunları söyləyib:
"Bu posta çoxlu mütəxəssis namizəddi. Mən də həmin namizədlərdən biriyəm. Azərbaycanda hər bir türk özünü evindəki kimi hiss edir. Gömrükdə hətta bizdən pasportumuzu da tələb etmirlər. Bizim dilimiz, mədəniyyətimiz də eynidi. AFFA-dan mənə rəsmi təklif gəlməsə də, adım bu posta namizədlər arasındadı".
