18 noyabr 2014 11:35
Hakimlərimiz Şaxtyor - Atletik oyununu idarə edəcək
FİFA referisi Rəhim Həsənov yeni təyinat alıb. Azerisport.az xəbər verir ki, UEFA Çempionlar Liqasının qrup mərhələsində çıxış edən klubların gənclərdən ibarət komandaları arasında təşkil olunan UEFA Gənclər Liqası turnirinin H qrupunda noyabrın 25-də, Ukraynanın Lvov şəhərində keçiriləcək “Şaxtyor” (Donetsk, Ukrayna) - "Atletik Bilbao" (İspaniya) oyununun baş hakimi Rəhim Həsənov olacaq.
Ona Yaşar Abbasov və Nahid Əliyev kömək edəcək.
