18 noyabr 2014 11:25
Araz bu gün ilk oyununa çıxacaq
Futzal üzrə UEFA kubokunun elit mərhələsində Azərbaycan çempionu “Araz” bu gün ilk oyununu keçirəcək. Azerisport.az xəbər verir ki, təmsilçimiz Bakı vaxtı ilə saat 18:30-da Çexiyanın Pardubice şəhərindəki "CEZ Arena"da Slovakiyanın “Slov-Matic” klubu ilə qarşılaşacaq. (AFFA)
