18 noyabr 2014 11:15
Millimizin rəqibi yoldaşlıq oyunu keçirəcək
AÇ-2016-ın seçmə mərhələsinin H qrupunda Azərbaycan millisinin rəqibi olan İtaliya yığması bu gün yoldaşlıq oyunu keçirəcək. Azerisport.az xəbər verir ki, rəqibimiz Cenoa şəhərindəki “Luici Ferraris” stadionunda Albaniya yığması ilə qarşılaşacaq.
Oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. (AFFA)
