18 noyabr 2014 00:00
"Azərbaycan üzərində qələbə asan başa gəlmədi"
Futbol üzrə Norveç yığmasının futbolçusu Mats Dehli AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirilmiş oyunla bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri oyundan sonra bunları söyləyib:
"Komanda yoldaşlarımla fəxr edirəm. Bu, heç də asan qələbə deyildi. Amma biz etməli olduğumuzu həyata keçirdik və qələbə qazandıq. Qələbə komandamızdakı əhval-ruhiyyəni daha da yaxşılaşdırdı".
