17 noyabr 2014 18:40
Qəbələ Araz Naxçıvanın sabiq forvardı ilə gücləndi
"Qəbələ" heyətini yeni futbolçu ilə gücləndirib. Azerisport.az xəbər verir ki, bölgə klubu Bəxtiyar Soltanovu heyətinə qatıb.
Qeyd edək ki, 25 yaşlı hücumçu "Araz Naxçıvan"da çıxış edirdi. Amma o, klubun dağılması nəticəsində azad agentə çevrilmişdi. Məhz bundan yararlanan "Qəbələ" onunla müqavilə imzalayıb.
