17 noyabr 2014 18:00
Azərbaycanlı referi elit mərhələ oyunlarına təyinat aldı
FİFA referisi Ramil Namazov Futzal üzrə UEFA kubokunun elit-raund mərhələsinin C qrupunun oyunlarına təyinat alıb. Azerisport.az xəbər verir ki, oyunlar noyabrın 19-dan - 24-dək Qazaxıstanın Almatı şəhərində keçiriləcək.
Bu qrupda Qazaxıstan çempionu “Kayrat”la yanaşı Estoniyanın “Nikars”, Serbiyanın “Ekonomac” və Fransanın “Sportinq Paris” klubları mübarizə aparacaq. (AFFA)
