UEFA yığmamızın rəqibini cəzalandıra bilər
Futbol üzrə Azərbaycan yığmasının AÇ-2016-nın seçmə mərhələsindəki rəqibi Xorvatiya azarkeşsiz qala bilər. Azerisport.az xəbər verir ki, buna səbəb ötən gecə H qrupu çərçivəsində keçirilmiş İtaliya - Xorvatiya oyununda qonaq fanatların özbaşnalıq etməsidi.
Belə ki, ikinci hissədə onların stadiona müxtəlif yandırıcı maddələr atması nəticəsində arenada görüntü səviyyəsi aşağı düşüb. Təhlükəsizliyin aşağı olduğunu görən hakimlər 10 dəqiqəyə yaxın fasilə veriblər. Matç yalanız xorvat azarkeşlərin meydandan uzaqlaşdırılmasından sonra davam etdirilib. UEFA hazırda xorvatiyalı azarkeşlərin bu davranışına görə Xorvatiya Futbol Federasiyasını cərimə etmək və sərt qərarlar qəbul etmək haqda düşünür. İstisna deyil ki, Xorvatiya bir neçə ev oyununu azarkeşsiz oynasın.
