Norveç millisinin meneceri: Bakcell Arenanın qazonunu görəndə şoka düşdüm
Futbol üzrə Norveç yığmasının meneceri Per Svendsen AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirdikləri oyunda "Bakcell Arena"nın qazonunun rəngə boyanmasından danışıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Qazonu görəndə şoka düşdüm. Fasilədə futbolçuların formalarını dəyişməli olduq. Əvvəllər heç vaxt belə bir şeyin şahidi olmamışdım. Əvvəlcə elə bildim ki, bu, sadəcə otun rəngidi. Amma sonra futbolçuların başdan ayağa, butsunadək yaşıl rəngə boyandığını görəndən sonra hiss etdim ki, qazon rənglənib. UEFA nümayəndəsindən bunun səbəbini soruşdum. O dedi ki, bu, oyunun TV-də daha yaxşı izlənməsi üçün atılan addımdı. Oyundan bir gün öncə stadionda olmuşduq, amma elə bir şey görməmişdik. İndi bu formaları yuyan insanları çətin tapşırıq gözləyir".
