17 noyabr 2014 16:20

Ağasəlim Mircavadov: Milli komanda çox artırıb

Futbol üzrə Azərbaycan yığmasının sabiq baş məşqçisi Ağasəlim Mircavadovun azerisport.az saytına müsahibəsi

- U-19 yığmamıza dəstək olmaq üçün Macarıstana getmişdiz. Səfəriniz necə keçdi?
- Bu səddi ilk olaraq Mirbağır İsayev keçmişdi. O, U-17 ilə AÇ-nin ilkin seçmə mərhələsində uğurlu çıxış edərək komandasını elit mərhələsinə çıxarmışdı. Sevindirici haldı ki, U-19 yığmamız da buna nail ola bildi. Slovakiya yığması çox güclü idi. Əbəs yerə onlara 1:4 hesabıyla uduzmadıq. Onların futbol bacarığı məni heyran buraxdı.

- U-19 yığmamızın üzvlərinin yaxın gələcəkdə əsas millimizdə peyda olacağını gözləməyə dəyər?
- Onların üzərində hələ çox işləmək lazımdı. Öz fikrimi hamısına demişəm. Ən yaxşı oyunlarını son turda Sloveniyaya qarşı keçirdilər. Artıq ilk hissədə 3:0 öndə olsaq da, daha çox qol vura bilərdik. Bizimkilər baxımlı futbol oynadılar. İlk iki oyunumuz isə zəif alındı. Ən əsası komanda ruhunun olmasını hiss etdim ki, bu da çox vacibdi.

- Bəs Sloveniyaya qarşı oyunun ikinci hissəsindəki zəif oyun nə ilə bağlı idi?
- Uşaqlar öz oyunlarını itirdilər. Paralel olaraq Slovakiya - Macarıstan oyunu gedirdi. Biz ondan qorxurduq ki, Slovakiya onlar üçün heç bir əhəmiyyəti qalmayan oyunda Macarıstana uduzar. Tez-tez həmin oyunu da izləyirdik. Amma Slovakiya futbol adına mübarizə apardı və son oyunda da bizə sərf edən nəticə qazandı.

- İki komandamızın elit mərhələyə çıxması təsadüfdü, yoxsa aksioma?
- Mən U-17-nin düşərgəsində tez-tez olurdum. Onlar çox artırıblar. Deməzdim ki, burada hansısa təsadüf var. Bir az da artırmaları, sabit çıxış etmələri lazımdı.

- Komandalarımız elit mərhələdə nəyə ümid edə bilərlər?
- Yaxşı hazırlaşmaq lazımdı. Elit mərhələdə bizi daha ciddi komandalarla oyunlar gözləyir. U-17-nin oyunlarını görməmişəm, amma U-19-u gücləndirmək lazımdı. Yaxşı gənc futbolçular var, amma onlarla klublarında da çalışmaq lazımdı. Həm də iki komandamızın elit mərhələyə çıxması heç kimi yanıltmamalıdı. Bu, sabah əsas yığmamızın daha güclü olacağından xəbər vermir. Bu uşaqlar əsas millini gücləndirmək üçün öz üzərlərində daha çox çalışmalıdılar. Oyunçuların özündən çox şey asılıdı. Arxayınlaşmamalıdılar.

- Uğurda sizin də payınızın olduğunu demək olar?
- Əsas pay məşqçilər korpusunundu. U-19-un baş məşqçisi Nikolay Adam üç ildi bu komandanı çalışdırır. Mən isə sadəcə, yardımçı olmağa çalışırdım. Onlara görə çox sevindim.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.