Neftçi Xəzər Lənkərana cavab verdi
“Xəzər Lənkəran”ın 11.11.2014-cü il tarixdə "Neftçi"yə ünvanladığı məktub cavablandırılıb. Azerisport.az xəbər verir ki, “Neftçi” 24.11.2014-cü il tarixdə Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində keçiriləcək “Xəzər Lənkəran” – “Neftçi” matçının “Xəzər Lənkəran” Mərkəzi stadionunun ot örtüyünün əsaslı şəkildə yenilənməsi ilə bağlı başqa stadionda təşkil olunmasına etiraz etmir.
“Neftçi” komandanın məşqçilər korpusunun, futbolçu heyətinin, azarkeşlərin marağını və ən əsası idman prinsiplərinin qorunmasını nəzərə alaraq nominal meydan sahibinin “Xəzər Lənkəran” klubu olaraq qalmasını vacib sayır. Bundan başqa, “Neftçi” 13-cü turun oyununun keçirilməsi üçün İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunu təmənnasız olaraq “Xəzər Lənkəran” klubunun sərəncamına verməyə hazırdı.
