17 noyabr 2014 15:25
Subaşiç Railin komandasına qol vurdu
Türkiyənin PTT 1-ci Liqa klubları - "Manisaspor"la "Dənizlispor" yoxlama oyununda qarşılaşıb. Azerisport.az xəbər verir ki, sözügedən komandaların duelində 4 qol vurulsa da, qalib müəyyənləşməyib - 2:2
Qeyd edək ki, "Manisaspor"un heyətində meydana çıxan millimizin sabiq futbolçusu Branimir Subaşiç komandasının ilk qolunun müəllifi olmağa da imkan tapıb. "Dənizlispor"da çıxış edən digər azərbaycanlı futbolçu Rail Məlikov isə bu oyunda iştirak etməyib.
