Vəli Qasımov: Norveç bizə daha çox qol vura bilərdi
Futbol üzrə Azərbaycan yığmasının sabiq futbolçusu Vəli Qasımov AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Norveçə qarşı keçirilmiş oyunla bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, 0:1 hesablı məğlubiyyətdən sonra bunları söyləyib:
"Düzünü desəm, komandamızın oyunu xoşuma gəldi. Bu Norveçi məğlub etmək olardı. Elə də güclü komanda deyildi. Amma bizimkilər sanki nədənsə qorxurdular. Elə bil səfərdə çıxış edirdilər. Heç bir pressinq, düşünülmüş hücum yox idi. Rəqib qapısı qarşısında demək olar ki, heç nə yarada bilmədik. Topa sahib olmada üstünlük var idi, amma hücumları məntiqi sonluqla başa çatdırmaq da lazım idi. Bir oyunluq məşqçi komandaya təsir edir. Rəqibə gəlincə, onlar yenə qol vura bilərdilər. Hər halda layiqli qələbə qazandılar".
