17 noyabr 2014 13:55
Araz Naxçıvanın oyunçuları azad agent oldu
"Araz Naxçıvan"ın futbolçularına azad agent statusu verilib. Azerisport.az xəbər verir ki, klub rəhbərliyi bir müddət öncə Premyer Liqada və Ölkə Kubokunda iştirakını dayandırdığını açıqlasa da, son qərar AFFA və PFL-in idi.
Nəhayət, bu gün sözügedən qurumlar da "Araz Naxçıvan"ın fəaliyyətini dondurduğunu rəsmən təsdiqlədi. Belədə komandanın üzvlərinə azad agent statusu verilib. Yəni bu klubda çıxış edən oyunçular istənilən vaxt başqa komandalara keçə bilərlər.
