17 noyabr 2014 13:45
XL Azərbaycan Kubokunun 1/4 finalında!
"Xəzər Lənkəran" futbol üzrə Azərbaycan Kubokunun 1/4 finalına vəsiqə qazanıb. Azerisport.az xəbər verir ki, cənublular buna oynamadan nail olublar.
Məsələ burasındadı ki, "ağ-yaşıllar" kubokun 1/8 finalında "Araz Naxçıvan"la qarşılaşmalıydı. Amma bu gün Naxçıvan təmsilçisinin Premyer Liqa və Ölkə Kubokundan kənarlaşması rəsmən öz təsdiqini tapdı. Bu üzdən də cənublular avtomatik olaraq 1/4 finala çıxıblar.
Qeyd edək ki, "Xəzər Lənkəran" 1/4 finalda "Şahdağ" - "İnter" cütünün qalibi ilə mübarizə aparmalı olacaq.
