Forren: Araz Abdullayev mənə Ronaldonu xatırladırdı
Futbol üzrə Norveç yığmasının futbolçusu Veqar Forren AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirilmiş oyunla bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, 1:0 hesabıyla qalib gəldikləri oyundan sonra bunları söyləyib:
"Hər şeyə rəğmən qələbə qazanmağı bacardıq. Komandamızın sərgilədiyi oyundan çox razıyam. Cəmi bir qol vurduq, özü də künc zərbəsi zamanı. Əsas odu ki, artıq 3 xal cibimizdədi. Hər iki komanda meydanda sonadək mübarizə apardı. Sadəcə, biz azacıq güclü idik. Bakıda asan olmayacağını bilirdik. Ümumiyyətlə, bugünkü Azərbaycan yığması Berti Foqtsun dövründəki komandadan fərqlənirdi. Komanda hücumlara daha çox atılırdı. Heyətdə bir sıra yeni futbolçu var idi. Rəqibimiz ağıllı oyun nümayiş etdirdi. Stopper olaraq Azərbaycan yığmasının güclü hücum xəttinin olduğunu deyə bilərəm. Sağ cinah vingeri Araz Abdullayev isə az qala mənə Kriştiano Ronaldonu xatırladırdı".
