17 noyabr 2014 11:30
Mats Dehli: Həyatımda ilk dəfə idi ki, belə bir hadisə ilə qarşılaşırdım
Futbol üzrə Norveç yığmasının futbolçusu Mats Dehli AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirilmiş oyundan öncə qazonun yaşıl rəngə boyanması ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri oyundan sonra bunları söyləyib:
"Mən belə bir şeyi həyatımda görməmişdim. Onlar oyundan öncə meydana nəsə səpdilər. Artıq ikinci dəqiqədə top yaşıl rəngə boyanmışdı. Bu üzdən biz də fasilədə formamızı dəyişmək məcburiyyətində qaldıq. Çünki formalarımız yaşıl rəngə boyanmışdı. Heç onun nə olduğunu da bilmirəm".
