17 noyabr 2014 11:10

Elvin Yunuszadə: 3-cü yer uğrunda mübarizəmiz 90 faiz başa çatıb

Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Elvin Yunuszadənin azerisport.az saytına müsahibəsi

- Norveçə məğlubiyyəti nə ilə izah edə bilərsiz?
- Bilirdik ki, çətin oyun olacaq. Çünki norveçlilərin gücündən xəbərdar idik. Uduzduq, amma pis oynadığımızı düşünmürəm. Hətta yaxşı oynadıq. Bu, hardasa gələcəyə ümidlə baxmağa əsas verir. Azarkeşləri sevindirməyi çox istəyirdik. Təəssüf ki, alınmadı.

- Yenə standart vəziyyətdən qol buraxdız...
- Hə. Son vaxtlar standart vəziyyətlərdən çoxlu qollar buraxırıq. Bunun üzərində daha çox işləməyimiz lazımdı.

- Mahmud Qurbanovun gəlişindən sonra komandada nə dəyişiklik oldu?
- Sadəcə, bir söz deyə bilərəm ki, bu gün biz topla daha çox oynadıq, nəinki əvvəlki oyunlarımızda. Həm də sonadək mübarizə apardıq.

- Qarşıdakı oyunlardan nə gözləyirsiz?
- Bizi böyük fasilə gözləyir. Odu ki, hazırlıq üçün zamanımız olacaq. Səhvlərimiz üzərində işləməliyik.

- Artıq üçüncü yer uğrunda mübarizəni yaddan çıxarmaq olar?
- Bunun fərqi yoxdu. Hər oyuna çıxıb oynamaq, sonadək mübarizə aparmaq lazımdı. Amma üçüncü yeri tutmaq üçün şansımızın 90 faizini itirdiyimiz aydındı.

- Yəqin ki, milliyə yenə əcnəbi baş məşqçi gələcək...
- Kim gəlsə, hörmətlə yanaşacağıq.

- Ruslan Abışov əvəzlənərkən meydanı gec tərk etdiyinə görə azarkeşlər tərəfindən fitə basıldı. Siz bunu necə qarşıladız?
- İnanmıram ki, o, bunu qəsdən etsin. Böyük ehtimalla yorğun imiş. Onun xarakterinə bələdik, heç vaxt elə şey etməzdi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.