17 noyabr 2014 01:00
"Azərbaycandan aqressiv oyun gözləyirdik"
Futbol üzrə Norveç yığmasının futbolçusu Hovard Nordtveyt AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirilmiş oyunla bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, 1:0 hesabıyla qalib gəldikləri oyundan sonra bunları söyləyib:
"Gözəl qol oldu. Hər şey ideal alındı. Azərbaycandan aqressiv oyun gözləyirdik. Birinci hissədə onlar daha çox çalışqan görünürdülər".
