17 noyabr 2014 00:45
Per-Silyan Şelybred: Daha çox qol vura bilərdik
Futbol üzrə Norveç yığmasının futbolçusu Per-Silyan Şelybred AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirilmiş oyunla bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, 1:0 hesabıyla qalib gəldikləri oyundan sonra bunları söyləyib:
"Çətin oyun alındı. Amma 3 xal qazanmağı bacardıq. Fikrimcə, daha çox qol vura bilərdik. Azərbaycan bizə problem yaratmağı bacarsa da, qələbə hesabını qoruya bildik".
