17 noyabr 2014 00:25
Qara Qarayev: Bu, sanki alın yazısıdı
Futbol üzrə Azərbaycan yığmasının futbolçusu Qara Qarayev AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Norveçə qarşı keçirilmiş oyunla bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, 0:1 hesablı məğlubiyyətdən sonra bunları söyləyib:
"Yenə qələbə qazana bilmədik. 3 xal qazanmaq istəyirdik. Amma sanki məğlubiyyət alnımıza yazılıb. Buna nə siz, nə biz bir şey edə bilərik".
