17 noyabr 2014 00:10
Rəşad Sadıqov: Baş məşqçi hücum etməyimizi istəmişdi
Futbol üzrə Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Norveçə qarşı keçirilmiş oyunla bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, 0:1 hesablı məğlubiyyətdən sonra bunları söyləyib:
"Əvvəlki oyunlarda yaxşı oynamadan uduzmuşduq. Bu dəfə isə yaxşı oynadığımız halda məğlub olduq. Baş məşqçi bizdən hücum etməyi tələb edirdi. Amma hücumları yaxşı bitirmək üçün ustalıq çatışmırdı. Ona görə də uduzduq".
