17 noyabr 2014 00:00
Mahir Şükürov: Bilirik ki, standart vəziyyətlər ən zəif yerimizdi
Futbol üzrə Azərbaycan yığmasının futbolçusu Mahir Şükürov AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Norveçə qarşı keçirilmiş oyunla bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, 0:1 hesablı məğlubiyyətdən sonra bunları söyləyib:
"Məşqçilər bizə oyuna görə təşəkkür etdi. Bilirdik ki, standart vəziyyətlər yığmamızın ən zəif cəhətidi. Bu tsikldə altı qolu standart vəziyyətlərdən buraxmışıq. Bunun üzərində çalışmağımız lazımdı. Azarkeşlər sağ olsunlar ki, gəlib bizi dəstəklədilər".
