16 noyabr 2014 15:10

Atletikonun baş məşqçisi: Başa düşə bilmirəm ki, Amit niyə milliyə çağırılmır?

Portuqliyanın "Atletiko" klubunun baş məşqçisi Rui Nasimentonun azerisport.az saytına müsahibəsi

- Komandanızın heyətində bir azərbaycanlı futbolçu çıxış edir. Amit Quluzadədən razısız?
- Əlbəttə. O, çox yaxşı futbolçudu. Əgər elitaya yüksəlsək, onu mütləq heyətdə saxlayacağıq. Çünki o, gənc və istedadlı oyunçudu. Əlbəttə, ona əvvəllər dil bilmədiyinə görə bir qədər çətin idi. Bu üzdən ilk 2-3 həftədə onda heç nə alınmırdı. Amma səbr nümayiş etdirdi və artıq hər şey qaydasındadı. İndi bizi hər şey qane edir. Amit daha yaxşı oynamaq üçün səylə çalışır. Onu parlaq gələcək gözləyir. Portuqaliyada uğurla çıxış edən gənc futbolçuların sırasında onun da adı var.

- Sizcə, Amitin "Sportinq", "Portu", "Braqa" kimi klublarda çıxış edəcək potensialı var?
- Şübhəsiz. Əminəm ki, o, bizə böyük fayda verəcək. Onda hələ hər şey qarşıdadı. Gələcəkdə daha böyük klublarda çıxış edə bilər. Amma mən bir şeyi qətiyyən başa düşmədim ki, belə bir futbolçunu necə ölkənin əsas yığmasına dəvət etmirlər. Şəxsən mən ona hər oyunda güvənirəm. Fikrimcə, bir il sonra o, Portuqaliyanın daha güclü klublarında çıxış edə biləcək səviyyədə olacaq.

- Azərbaycan futbolu haqda nə bilirsiz?
- Son illərdəki inkişafı yüksək qiymətləndirirəm. Fikrimcə, bu templə 5-10 ildən sonra daha böyük uğurlara ümid edə bilərsiz. Azərbaycan - Portuqaliya oyununu yaxşı xatırlayıram. O vaxt millimiz çətinliklə 3 xal qazana bildi.

- Azərbacyan futbolundan kimləri tanıyırsız?
- Yalnız Amit Quluzadəni və sizi (gülür).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.