16 noyabr 2014 20:30
Azərbaycan Malta ilə sülhə razılaşdı
Maltada təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət yığma komandamız bu gün yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, U-21 yerli vaxtla saat 18:00-da “Hibernians” stadionunda Malta yığması ilə qarşılaşıb.
Tərəflər 90 dəqiqə ərzində qapıya yol tapa bilmədiyindən, heç-heçə qeydə alınıb.
Yoxlama oyunu
16 noyabr
Malta - Azərbaycan - 0:0
Paola. "Hibernians" stadionu.
