16 noyabr 2014 12:15
AFFA-nın prezidenti milli komanda ilə görüşdü
AFFA-nın prezidenti Rövnəq Abdullayev Azərbaycan milli komandası ilə görüş keçirib. Azerisport.az xəbər verir ki, R.Abdullayev AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində noyabrın 16-da, saat 21:00-da “Bakcell Arena”da Norveç yığması ilə qarşılaşacaq millimizə uğurlar arzulayıb, müvafiq tapşırıq və tövsiyələrini verib.
Görüşdə AFFA-nın vitse-prezidenti Eışad Nəsirov və baş katib Elxan Məmmədov iştirak edib. (AFFA)
