17 noyabr 2014 01:52
Yığmamızın rəqibləri sülh bağladı
AÇ-2016-nın seçmə mərhələsində 4-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yer aldığı H qrupunda millimizin Norveçlə görüşündən başqa daha iki matç baş tutub.
Bolqarıstan doğma meydanda Malta ilə üz-üzə gəlib və xal itkisi ilə üzləşib. İtaliya isə Xorvatiyanı qəbul edib. Liderlərin duelində də qalib müəyyənləşməyib.
AÇ-2016-nın seçmə mərhələsi
H qrupu
16 noyabr
Bolqarıstan - Malta - 1:1 (1:0)
Qollar: Qalabinov, 6 - Failla, 49-pen.
Matçın 76-cı dəqiqəsində meydan sahiblərinin üzvü Popov penaltidən yararlana bilməyib.
Italiya - Xorvatiya - 1:1 (1:1)
Qollar: Kandreva, 11 - Perisiç, 15.
| 1 | Xorvatiya | 4 | 3 | 1 | 0 | 10 | 1 | +9 | 10 |
| 2 | İtaliya | 4 | 3 | 1 | 0 | 6 | 2 | +4 | 10 |
| 3 | Norveç | 4 | 3 | 0 | 1 | 6 | 3 | +3 | 9 |
| 4 | Bolqarıstan | 4 | 1 | 1 | 2 | 4 | 5 | –1 | 4 |
| 5 | Malta | 4 | 0 | 1 | 3 | 1 | 7 | –6 | 1 |
| 6 | Azərbaycan | 4 | 0 | 0 | 4 | 2 | 11 | –9 | 0 |
