Azərbaycan Norveçə də uduzdu
Bu gün futbol üzrə Azərbaycanın əsas yığma komandası növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, yığmamız AÇ-2016-nın seçmə mərhələsindəki dördüncü oyununda Norveçi qəbul edib.
İlk üç oyununda ardıcıl məğlubiyyətlərlə üzləşmiş futbolçularımız müvəqqəti baş məşqçi Mahmud Qurbanovun rəhbərliyi altında sürprizə imza atmaq istəyindəydi. Amma onların bu dəfəki oyunu da uğursuz alındı və norveçlilər Bakıdan 3 xalla qayıdıblar.
AÇ-2016-nın seçmə mərhələsi
H qrupu
16 noyabr
Azərbaycan - Norveç 0:1 (0:1)
Qol: H.Nordtveyt, 25 (0:1).
Sarı vərəqə: T.Elyunussi, 16. E.Yunuszadə, 53. Y.Samuelson, 60. A.Soderlund, 75. D.Nazarov, 84.
Hakimlər: Yevgeni Aranovski, Aleksandr Voytyuk, Semen Şlonxak, Sergey Bekker.
Əlavə köməkçi hakimlər: Sergey Boyko, Anatoli Abdula (hamısı Ukrayna).
Bakı. "Bakcell Arena".
Azərbaycan: 23. Səlahət Ağayev, 4. Mahir Şükürov, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov (k), 15. Ruslan Abışov (2. Qara Qarayev, 65), 21. Elvin Yunuszadə, 10. Araz Abdullayev, 19. Rahid Əmirquliyev, 20. Cavid İmamverdiyev (13. Dmitri Nazarov, 70), 7. Vaqif Cavadov, 11. Rauf Əliyev.
Ehtiyat oyunçular: 1. Kamran Ağayev, 12. Emil Balayev, 6. Bədavi Hüseynov, 18. Məhəmməd Mirzəbəyov, 22. Tərlan Quliyev, 3. Rasim Ramaldanov, 8. Mirhüseyn Seyidov, 16. Cavid Hüseynov, 9. Məhəmməd Qurbanov, 17. Vüqar Nadirov.
Baş məşqçi: Mahmud Qurbanov.
Norveç: 12. Oryan Nyulland, 2. Tom Hoqli, 14. Omar Elabdullaui, 21. Veqard Forren, 5. Aleksandr Tettey, 6. Havard Nordtveyt, 8. Stefan Yohansen, 15. Per Skyelbred (k), 20. Mats Dehli (13. Yon Samuelson, 57), 10. Tarik Elyunussi (19. Fredrik Qulbrandsen, 90+2), 18. Havard Nyelsen (11. Aleksandr Soderlund, 72).
Ehtiyat oyunçular: 1. Rune Yarsteyn, 22. Sten Qraytebust, 3. Steffen Haqen, 4. Tore Reqiniussen, 16. Per Flo, 17. Martin Linnes, 7. Harmeet Sinqh, 9. Martin Odeqaard, 23. Anders Konradsen.
Baş məşqçi: Per-Matias Hoqmo.
