15 noyabr 2014 21:25
Rauf Əliyev: Göstərmək istəyirik ki, günah bizdə yox, Foqtsda idi
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Rauf Əliyev AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində qarşılaşacaqları Norveçlə oyundan danışıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Bu oyuna 10 gündü hazırlaşırıq. Norveçlə görüşdə yaxşı oynamağa çalışacağıq. Təbii ki, nəticə bizim üçün çox vacibdi. Yığmamızın qrupda hansı vəziyyətdə olduğunu yaxşı başa düşürük. Son məğlubiyyətlərə görə günahın 50 faizinin Berti Foqtsda, 50 faizinin futbolçularda olduğunu deyirlər. Amma biz göstərmək istəyirik ki, futbolçuların heç bir günahı yox idi. Hamıya necə oynadığımızı göstərmək istəyirik".
