15 noyabr 2014 21:15
Elxan Məmmədov: Yeni baş məşqçinin qarşısında qoyulacaq əsas şərt...
AFFA-nın baş katibi Elxan Məmmədov yığma komandamızın yeni baş məşqçisinin qarşısında qoyulacaq əsas şərtlərdən danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Yığmaya yeni baş məşqçinin namizədlərini bizə AFFA İcraiyyə Komitəsinin üzvləri təqdim ediblər. Hələlik, danışıqlar ilkin mərhələdədi. Yeni baş məşqçinin qarşısına qoyulacaq əsas vəzifə onun Azərbaycanda yaşaması olacaq".
Məmmədov millimizin sabah qarşılaşacağı Norveçlə oyundan da danışıb: "Bu oyundan 3 xal gözləyirik. Uğur qazanacağımıza ümid edirik".
Baş katib U-21-in baş məşqçisi Bernard Lippertin postunda qalıb-qalmayacağına da toxunub: "Biz onun işindən razıyıq. Fevrala qədər komandanın sükanı arxasında qalmasını istəyirik".
